Ötən gecə baş vermiş yanğında zəhərlənənlərlə bağlı AÇIQLAMA

15.11.2019 09:31

Səhiyyə Nazirliyi Bakıda çoxmərtəbəli binada baş verən yanğın zamanı tüstüdən boğulan şəxslərin durumu ilə bağlı məlumat yayıb.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, Xətai rayonu, Neapol küçəsi 2942, mənzil 79-da mansardın yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub.

Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib: "5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar".

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR