Binəqədidə evdən külli miqdarda pul və qızıl oğurlandı

14.11.2019 16:07

Bakının Binəqədi rayonunda oğurluq olub.

XəzərXəbər xəbər verir ki, Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat və 2300 ABŞ dolları, habelə 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Z.Orucov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR