DİN əməliyyat keçirdi: 27 nəfər saxlanıldı

12.11.2019 15:22

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında rəsmi məlumat açıqlayıb.

XəzərXəbər xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 13 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

© xezerxeber.az


222 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR