Azərbaycanda ailə dramı – Şəhidin qardaşı faciəvi şəkildə öldü

08.11.2019 09:38

Noyabrın 6-da Xızı rayonu ərazisində baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən 48 yaşlı Ceyhun Abbasovla bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Xızı rayonunun Giləzi kəndindən keçən hissəsində "Hyundai” markalı maşının vurub öldürdüyü 1971-ci il təvəllüdlü Abbasov Ceyhun Ülfət oğlu şəhid qardaşı olub. Belə ki, mərhumun kiçik qardaşı Zaur Abbasov 1993-cü ildə Goranboy istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Hər iki qardaş doğulub böyüdükləri Xızının Baxşılı kəndində dəfn ediliblər.

Qeyd edək ki, yol qəzasında vəfat edən C.Abbasov xırda ticarətlə məşğul olurmuş.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR