Hava limanı şübhəli çantaya görə BAĞLANDI

07.11.2019 09:43

İtaliyanın Milan şəhərinin Malpensa hava limanının terminalı 20 dəqiqəlik bağlanıb.

XəzərXəbər məlumat verir ki, hava limanının bağlanmasına səbəb ərazidə partlayıcı qurğunun olması barədə daxil olan məlumat olub.

Bildirilir ki, hava limanının ərazisində şübhəli çantası olan bir nəfər saxlanılıb.

İnsidentdən 20 dəqiqə sonra hava limanı ştat rejimində işini davam etdirib (Trend).

© xezerxeber.az


72 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR