Bakıda mənzildə meyit aşkarlanıb

06.11.2019 14:48

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Bu barədə xezerxeber.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Əhmədova Dilşad Batixan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

© xezerxeber.az


79 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR