Maştağa sakininin evindən 7 kq-dan çox marixuana götürülüb

06.11.2019 14:24

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini C.Hüseynovun evindən 7 kiloqram 400 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


71 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR