Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bir milyon manat oğurlayanı oğurlayanlarla bağlı - QƏRAR

06.11.2019 15:11

Ali Məhkəmədə adam oğurluğu və digər cinayətlərdə təqsirləndirilən Aqil Şəmiyev və Ruslan Əliyevin kassasiya şikayətinə baxılıb.

Oxu.Az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamiq Xasıyevlə Aqil Şəmiyevin hər biri 12 il və Ruslan Əliyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Abşeron rayon Polis Şöbəsi əməkdaşları Xırdalan şəhərində yerləşən "Karat MMC”-nin Dəyirman şöbəsinin ofisindən 1 milyon manat məbləğində pul oğurlanması ilə bağlı keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Abşeron rayonu Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev saxlanılıb.

İstintaqla müəyyən olunub ki, əvvəllər "Karat MMC”-də çalışan R.İmaməliyev işdən çıxdıqdan sonra ofisdən oğurluq etmək fikrinə düşüb. O, şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib.

2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn R.İmaməliyev dam örtüyünü sökərək içəri daxil olub. O, ofisdəki seyfin qapısını sındıraraq birmilyon manat pulu idman çantasına dolduraraq gedib.

Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən R.İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər.

Ramil İmaməliyev pulun bir hissəsini özü ilə götürərək "İnfiniti” markalı, 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb. Saxlanılarkən maşının yük yerindən 5000 manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb.

R.İmaməliyev istintaqa ifadəsində bildirib ki, oğurladığı pulların, demək olar ki, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən dördnəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyevi, Qobustan rayon sakini, 31 yaşlı Zamiq Xasıyevi, Beyləqan rayon sakinləri, 30 yaşlı Röyal Qədirovu və 32 yaşlı Ruslan Əliyevi də saxlayıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər R.İmaməliyevi izləyərək Bakıda yerləşən restoranlardan birinin qarşısında başına torba keçirib, zorla avtomobilə oturdublar. Onlar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək 450 min manat pul tələb ediblər.

R.İmaməliyev girovluqdan azad olmaq üçün anasına zəng edərək 400 min manatı göndərməyi tapşırıb. Anası Ceyran İmaməliyeva isə pulu kiçik oğlu Ramizə verib və deyilən yerə göndərib. Ramiz İmaməliyev 450 min manatı təqdim etdikdən sonra Ramil sərbəst buraxılıb.

Əldə olunan pul saxlanılan şəxslər arasına bölüşdürülüb. Əməliyyat istintaq tədbirləri zamanı pulun 20 min manatı Z.Xasıyevlə A.Şəmiyevdən, 98 min manatı isə R.Əliyevdən götürülüb.

Eləcə də, İmaməliyevlərin evində axtarış aparılarkən gizlədilmiş 6600 manat və 800 ABŞ dolları tapılıb. Ramiz İmaməliyev daha sonra etiraf edib ki, qardaşı tutulmazdan bir neçə gün əvvəl ona və anasına zəng edərək, oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb.

Ramiz İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin yanında basdırıb. Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190 800 manat pulu taparaq istintaqa təhvil veriblər.

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR