Bir evdən 4 bacı-qardaşın meyiti tapıldı - CİNAYƏT, YOXSA İNTİHAR?

06.11.2019 11:15

Ətrafdakıların müraciəti əsasında evə gələn polis qapıda "Diqqət, siyanur var. Polisə zəng edin. İçəri girməyin” qeydi ilə qarşılaşıb. Onlar ətrafa yayılan qoxu və qapıdakı qeyd səbəbilə Fövqəladə Hallar Nazirliyinə xəbər verib.

2,5 saatlıq hazırlıqdan sonra evdə Cüneyt (48), Oya (54), Kamuran (60) və Yaşar Y. (56) adlı bacı-qardaşlar ölü halda tapılıb. Cəsədlər tibbi ekspertizaya göndərilib.

***

İstanbulda bir evdə 2-si qadın olmaqla, 4 nəfərin meyiti tapılıb.

Hadisə Molla Gürhani məhəlləsində baş verib. Evdə yaşayanlarla əlaqə saxlamaq mümkün olmadığı üçün polisə məlumat verilib. Evə baxış zamanı içəridə 4 nəfərin cəsədi aşkarlanıb.

İlkin ehtimala görə, bacı-qardaşlar psixoloji problemdən əziyyət çəkdikləri üçün birlikdə intihar ediblər.

Fakt araşdırılır.

publika.az

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR