FHN: İtkin düşmüş balıqçının axtarışları davam etdirilir

23.10.2019 14:38

Balıq tutmaq məqsədilə Bakı şəhərinin Pirallahı rayonundan dənizə çıxan və itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hazırda nazirliyin Aviasiya dəstəsinin bir helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır. Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək.

© xezerxeber.az


84 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR