Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Abşeron rayonunda keçmiş məhkum avtomobil qaçırıb

21.10.2019 16:14

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Masazır qəsəbə sakini V.Məmmədov sentyabrın 15-nə keçən gecə "VAZ-2107” markalı avtomobilinin qəsəbə ərazisindən qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əməliyyat-axtarış tədbirləri nəticəsində nazirliyin "Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları avtomobilin oktyabrın 20-də saat 08:30-da Xətai rayonu ərazisində hərəkətdə olduğunu aşkarlayıblar.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İbrahimov Abşeron Rayon Polis İdarəsinin və Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR