DİN Şirvandakı yol qəzası ilə bağlı məlumat yaydı

18.10.2019 14:00

Daxili İşlər Nazirliyi dünən Şirvanda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 17-də saat 15 radələrində Şirvan şəhərinin 1 May küçəsində şəhər sakinləri Muradəli Cavadovun idarə etdiyi "VAZ-21014” və Teymur Babayevin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M.Cavadov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR