Bakıda yeraltı tuneldə QORXUNC HADİSƏ - Yük maşını belə aşdı

10.10.2019 10:59

Bakı şəhər Nərimanov rayonu ərazisində avtomobil aşıb.

Atatürk prospekti ilə F.X.Xoyski küçəsini birləşdirən tuneldə sürət həddini aşan "Hyundai h100" markalı kiçiktutumlu yük maşını divara çırpılıb. Sürücünün idarəetməsindən çıxan avtomobil aşaraq yolun hərəkət hissəsində qalıb.

Qeyd edək ki, sərt döngə formasında inşa edilmiş tuneldə hərəkət sürətini qorumaq çox vacibdir və əks halda bu tipli hadisələr qaçılmaz ola bilər.

Hadisə yerindən çəkilmiş görüntünü təqdim edirik.


publika.az

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR