Bakıda yeniyetmədən 20 min manatlıq CİNAYƏT

20.09.2019 14:11

Bakıda 5000 manat və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 15 000 manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Tutulan yeniyetmənin başqa əməllər törədib-törətməməsi araşdırılır.

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR