Qadın cibgirliyə görə tutuldu - Əvvəllər də məhkum olub

10.09.2019 12:58

Bərdədə cibgirliklə məşğul olan keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini B.Kərimov cibindən 500 manat pulunun oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Kadırova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR