Balakəndə "nazirlik və AQTA əməkdaşı" tutuldu

10.09.2019 12:50

Balakəndə özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanılıb.

XəzərXəbər xəbər verir ki, rayonun Talalar kənd sakinləri S. və Ə.Qarayevlər rayon Polis Şöbəsinə gələrək, bir neçə gün öncə özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim edən naməlum şəxsin dələduzluq etməklə, onlara maddi ziyan vurduğunu bildiriblər. Dərhal Balakən Rayon Polis Şöbəsində əməliyyat qurupu yaradılıb və əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Araşdırma zamanı məlum olub ki, vətəndaşlara qarşı dələduzluq edən şəxs Bakı şəhər sakini Şakir Rəhimovdur. O, "isti izlər"lə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şakir Rəhimov törətdiyi cinayət əməlini etiraf edərək, özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim etdiyini, vətəndaşlara ümumilikdə 465 manat və 1200 ABŞ dolları ziyan vurduğunu etiraf edib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi açılıb. Saxlanılan Şakir Rəhimovun başqa cinayətlərdə əlinin olub-olmaması araşdırılır.

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR