Maşının qarşısına çıxan heyvan ağır qəzaya səbə oldu - KÜRDƏMİRDƏ

08.09.2019 15:07

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Ağsu-Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən gözlənilmədən onun qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib və avtomobil yolun kənarına aşıb.

Hadisə zamanı sürücü və yanında olan sərnişin müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşını vasitəsilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.(Report)

© xezerxeber.az


300 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR