Bakıda qorxunc hadisə - Sürücünün ayaqları sındı

08.09.2019 11:13

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yol qəzası baş verib.

23 yaşlı Mədətov Nicat idarə etdiyi "Hyundai" markalı avtomobillə ötmə əməliyyatı edərkən yol kənarında duran "Kamaz"a çırpılıb.

Nəticədə sürücü yaralanıb və xəstəxanaya yerləşdirilib. N.Mədətova hər iki ayağın açıq sınığı, körpücük sümüyünün sınığı və bədəninin çoxsaylı əzikləri diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.(Report)

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR