Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Binəqədidə mağazalardan, evlərdən və avtomobillərdən oğurluq edənlər saxlanılıb

11.08.2019 11:58

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin mart-iyun aylarında rayon ərazisindəki bir mağazadan beş mobil telefon, iki avtomobildən akkumulyator, habelə iki evin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayon polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 300 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan yeniyetmə yaxalanılıb.
Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə avqustun 5-də və 6-da rayon ərazisindəki iki evdən musiqi aləti, pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Nəzərov tutulub.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR