Hacıqabulda avtobus və minik avtomobili toqquşub, 19 nəfər yaralanıb

11.08.2019 09:38

Kürdəmir - Şirvan yolunda avtobus və minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, qəza nəticəsində 19 nəfər yaralanıb.

Yaralılardan 10 nəfər Şirvan şəhər xəstəxanasına, 9 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra xəstəxanaya 6 qadın, 2 kişi, bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya travmatologiya institutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb.

Şirvan şəhər xəstəxanasına 4 kişi, 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə beyin travması ehtimal olunur. Yaralılara lazımı yardım göstərilir.

© xezerxeber.az


206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR