Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qaradağ rayonunda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib

09.08.2019 14:25

Qaradağ rayonunda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Cəbrayılov idarə etdiyi "Toyota” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub.

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində isə Neftçala rayon sakini Ə.Kərimovun idarə etdiyi "KIA” markalı avtomobillə Sabirabad rayon sakini Novruz Novruzov vurulub. Hər iki piyada hadisə yerində ölüb.

Faktlarla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR