Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Sumqayıtda ağır qəza - Qadını vuran avtomobil ağaca çırpıldı

28.07.2019 17:45

İyulun 27-də axşam saatlarında Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Niyazi küçəsində qeydə alınıb.

Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, "Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü Elnarə Əliyevanı vurub. Avtomobil piyadanı vurduqdan sonra ağaclara dəyib.

Xəsarət alan şəhər sakini E.Əliyeva Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Ona alın nahiyəsinin deşilmiş yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.(Azərtac)

© xezerxeber.az


342 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR