Bu ilin altı ayında yanğın və partlayış hadisələrinin statistikası - 44 ölü, 145 yaralı olub

25.07.2019 16:14

Bu ilin altı ayı ərzində Azərbaycanda 23 partlayış hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarında qeyd olunub.

Bildirilir ki, partlayışlar zamanı 8 nəfər həlak olub, 27 nəfər xəsarət alıb. Bu, ötən ilin I yarımilliyi ilə müqayisədə 2 hadisə və ya 10% çoxdur.
Həmçinin 2019-cu ilin 6 ayı ərzində Azərbaycanda yanğın hadisələri zamanı 36 nəfər həlak olub, 118 nəfər xəsarət alıb.

Qeyd olunub ki, ötən ilin I yarım illiyi ilə müqayisədə yanğından həlak olanlar 18 nəfər və ya 33% az, xəsarət alanlar isə 30 nəfər və ya 35% çoxdur.

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR