Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Ələtdə baba və nəvə dənizdə boğularaq ölüb

16.07.2019 19:21

Qaradağ rayonunun Ələt qəsəbəsində iki nəfər suda boğularaq ölüb.

APA-nın xəbərinə görə, 15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub.

L. Orucovanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyib. Nəticədə Ə. Orucov da boğulub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təcili yardıma çağırış saat 16.45-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


239 dəfə oxunub

ÇOX OXUNANLAR