Bilgəhdə dənizdə batan şəxsin meyiti tapılıb

16.07.2019 13:12

İyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumatan görə, İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

© xezerxeber.az


259 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR