Meşədə çadır quran narkotik "biznesmen"i yaxalandı

25.06.2019 16:22

"Biznesmen" çadırda tüfənglə tapança da gizlədib

Xaçmazın Ləcət kəndinin ərazisində yerləşən meşəlik ərazidə Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, E. Tahirova məxsus çadırdan qurudulmuş marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını cari ilin may ayında əkdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

© xezerxeber.az


231 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR