Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qardaşını gəzintiyə aparmadılar: məzunu bıçaqladı

20.06.2019 16:12

Kürdəmir rayonunda orta məktəblərdən birinin məzunu bıçaqlanıb.

Bu barədə Kürdəmir rayon Polis İdarəsindən məlumat verilib.

İyunun 19-daaxşam saat 17radələrində 18 yaşlı Yenikənd kənd sakini Mehdiyev Saməddin Natiq oğlunun qarın və bud nayihəsinə iki bıçaq zərbəsi endirilib. Cinayətkar hadisəni törətdikdən sonra qaçıb.

Hadisədə zərərçəkənin həmkəndlisi 23 yaşlı Nəsirov Samir Mahir oğlu (foto aşağıda - red.) şübhəli bilinir. İyunun 20-nə keçən gecə rayonun cinayət-axtarış şöbəsinin əməliyyatçıları onu saxlayıblar.

İlkin dindirilməzamanı S.Nəsirov zərərçəkənlə arasında yaranmış münaqişənin səbəbini açıqlayıb. Onun bildirdiyinə görə,məzun olan kiçik qardaşının sinif yoldaşları qardaşını son zəng münasibətilə təşkil olunan kollektiv gəzintiyə aparmaqdan imtina edib.

Sinif yoldaşlarıS.Nəsirovun qardaşından pul alaraq "piknik”ə hazırlaşıb. Bundan xəbər tutan S.Nəsirov S.Mehdiyevlə görüşərək ona öz iradını bildirib. Söhbət əsnasında gərginlik yaranıb və S.Nəsirov bıçağa əl ataraqS.Mehdiyevə iki bıçaq zərbəsi endirib.

Zərərçəkən hazırda xəstəxanada ağır vəziyyətdədir.

Faktla bağlı CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

© xezerxeber.az


239 dəfə oxunub

ÇOX OXUNANLAR