Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Sumqayıtda polis oğrunu "iş başında" YAXALADI

17.06.2019 14:11

Gecə saat 04:21 radələrində həmin ünvanda yerləşən obyektdən Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan” siqnalı daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəyə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən vaxtında çevik reaksiya göstərilib.

Cəmi 1 dəqiqə ərzində hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər. Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib.

Qeyd edək ki, saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Tutulan zaman həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərsə də onun bu niyyətinin qarşısı alınıb. Polis Bölməsində araşdırma zamanı oğurluq edən şəxsin Sumqayıt şəhər sakini Emin Nəzərov olduğu məlum olub. Faktla bağlı E.Nəzərov barəsində araşdırmalar davam etdirilir.

© xezerxeber.az


148 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR