Bakıda çoxmərtəbəli binada DƏHŞƏT - Ölən var

16.06.2019 14:47

Dünən axşam saatlarında Suraxanı rayonunda bədbəxt hadisə baş verib.

XəzərXəbər xəbər verir ki, Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasından yıxlıaraq binanın qarşısında olan dəmir konstruksiyalardan ibarət hasarda asılı vəziyyətdə qalan 1967-ci il təvəllüdlü Eynullayev Seyfulla Beydulla oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri S.Eynullayevin meyitini dəmir barmaqlıqların üzərindən götürərək aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR