Xırdalanda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb

15.06.2019 14:19

Xırdalan şəhərində "Mondial” markalı moped beton maneəyə çırpılıb.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, hadisə iyunun 14-də qeydə alınıb. Qəzanı Sumqayıt şəhər sakini İlkin Bəkirov törədib. Nəticədə sərnişin, Bakı şəhər sakini Nuray Etibarqızı hadisə yerində ölüb.

Qəza ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR