Binəqədidə 3 otaqlı ev yanıb

15.06.2019 10:21

Bakıda 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağında 10 m² sahədə ev əşyaları yanıb. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR