Bakıda məktəbin qarşısında QANLI DAVA - Ağır vəziyyətdə xəstəxanaya çatdırıldı

12.06.2019 10:01

Bakıda bıçaqlanma hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, ötən gecə saat 03:00 radələrində Nizami rayonu Qara Qarayev prospektində yerləşən 61 saylı orta məktəbin qarşısında 1997-ci il təvəllüdlü Əhmədli Naməd Rabil oğlu bıçaqlanıb. Daxilə nüfuz edn 2 bıçaq xəsarəti alan 22 yaşlı oğlan 2 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Onun kim tərəfindən, hansı şəraitdə və nə səbəbdən bıçaqlanması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


255 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR