Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

10.06.2019 14:18

Nərimanov rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyunun 8-də saat 23 radələrində Nərimanov rayonunun Heydər Əliyev prospektində Bakı şəhər sakini F.Quliyev idarə etdiyi "Slavita” markalı avtomobillə yolu keçən paytaxt sakini Elbrus Gözəlovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






203 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR