Bakıda xəstəxananın həyətində DƏHŞƏT - BOĞAZI KƏSİLƏN QADIN ÖLDÜ

10.06.2019 11:10

Bakıda xəstəxananın həyətində həyat yoldaşı tərəfindən boğazı kəsilən qadın vəfat edib.

Bu gün səhər saatlarında Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində həyat yoldaşı tərəfindən boğazı kəsilən həmin xəstəxananın qeydiyyat şöbəsinin əməkdaşı, 1978-ci il təvəllüdlü Xavər İbrahimovanın həyatını xilas etmək mümkün olmayıb.

İşlədiyi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadın tibbi müdaxilələrə baxmayaraq keçinib.

Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib.

Faktla bağlı araşdırmalar aparılır.

*****

Bakıda ər arvadının boğazını kəsib.

Hadisə bu gün səhər saatlarında Yasamal rayonu Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.(APA)

© xezerxeber.az


232 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR