Bakıda 87 yaşlı qadının meyiti tapılıb

07.06.2019 18:38

Paytaxtın Nəsimi rayonunda mənzildə meyit aşkar olunub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Fagimat Kalimulinanın meyitini aidiyyəti üzrə təhvil veriblər.​

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR