Sumqayıtda kafedə qətl törədən şəxslər saxlanılıb

07.06.2019 12:18

Sumqayıtda 41 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

APA-nın yerli bürosunun məlumatına görə, iyunun 5-də 1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlunun bıçaqlanaraq qətlə yetirilməsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.

Aparılan əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, hadisə Sumqayıtın 11-ci mikrorayonunda yerləşən kafelərin birində baş verib. Tahir Babayev mübahisə etdiyi şəxs tərəfindən qətlə yetirilib. Bədəninin müxtəlif nahiyələrindən 18 bıçaq zərbəsi alaraq T.Babayev hadisə yerində ölüb.

© xezerxeber.az


221 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR