Azərbaycanlı sevgilisinə 55 bıçaq zərbəsi vuran kişi: Özümü itirmişdim

29.05.2019 13:45

Bu il yanvarın 2-də Türkiyənin Burdur bölgəsinin Karamanlı rayonunda taksidə 24 yaşlı azərbaycanlı sevgilisi Qənirə Cabbarovaya 55 bıçaq zərbəsi vuraraq, öldürən Halil Acar hakim qarşısına çıxarılıb.

"CNN Türk”ün məlumatına görə, hadisədən dərhal sonra saxlanılan H.Acar əməlini etiraf edib.

Ona qarşı "xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmədə ifadə verən 24 yaşlı H.Acar Q.Cabbarova ilə hadisədən dörd ay əvvəl tanış olduğunu bildirib.

"O, kazinolardan birində kişiləri əyləndirirdi. Ona yaxınlaşdım, bir müddət sonra sevgili olduq. Ona aşiq oldum. Maddi və mənəvi dəstək göstərirdim. Hadisə günü işlədiyi yerə getdik. Spirtli içki qəbul etdik. Keçmiş sevgililərindən söhbət düşəndə mübahisəmiz oldu. Anası bizi barışdırdı, daha sonra içkiyə davam etdik.

Yaşadığım kəndə getməyi ona təklif etdim. Taksidə olan zaman keçmiş sevgililərindən biri ona zəng edib, hoteldə gözlədiyini dedi. Aramızda mübahisə düşdü, bir-birimizi söydük, təhqir etdik. Özümü itirdim və bıçaqlamağa başladım”, - o qeyd edib.

H.Acar hadisədən sonra taksi sürücüsünə onu polisə aparmasını istəyib.

Proses zamanı müstəntiq ona "xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə ömürlük həbs cəzası istəyib. Hakim H.Acara müdafiəsi üçün vaxt verərək məhkəmə prosesini təxirə salıb.

© xezerxeber.az


299 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR