Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qaynana gəlinlə nəvəsini çölə atıb

27.05.2019 13:42

Qaynana üz-çənə nahiyəsində "qüsur" olan gəlinindən imtina edir

"1 qadın 3 yaşlı övladı ilə birgə polis tərəfindən sığınacağımıza gətirilib. Qadının görkəmində, üz-çənə nahiyəsində müəyyən fiziki qüsurların olmasını əsas gətirən qaynanası onunla yola getmir. Qaynana deyir ki, mənə belə gəlin lazım deyil”. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, hazırda gəlinin ailəsi ilə söhbətlər aparılır. Qaynana gəlinlə yola getmədiyini əsas gətirir.

"Qadın özü övladı ilə birgə evdən qovulması haqda polisə müraciət edib”, – deyə birlik rəhbəri əlavə edib. K.Ağazadə qadının əri ilə rəsmi münasibətdə olduğunu da diqqətə çatdırıb.

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR