Xəzərin ortasında köməksiz vəziyyətdə qaldı - FHN xilas etdi

24.05.2019 17:50

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda, dənizdə, istifadəyə yararsız estakadanın üzərində 1 nəfərin (balıqçı) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

XəzərXəbər xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, dərhal çağırış ünvanına cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasetmə qüvvələri vətəndaşı xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR