Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Xiyar istixanasında çətənə əkdi

24.05.2019 14:08

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən "Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində rayonun Mollakamallı kənd sakini Laçın Atakişiyevə məxsus evin həyətyanı sahəsində yerləşən istixanada xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə həmin istixanaya baxış zamanı oradan yaş çəkisi 1755 qram təşkil edən hündürlüyü 10-204 sm olan 32 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR