Bakıda binanın zirzəmisində meyit tapılıb

24.05.2019 12:17

Paytaxın Nəsimi rayonunda meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər ikimərtəbəli yaşayış binasının zirzəmisində köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri zirzəminin qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR