RÜSVAYÇILIQ! Quran kursundan sədəqə pullarını oğurlayıb.. - Bunu da etdilər

16.05.2019 14:34

Türkiyənin Adana şəhərində Quran kursuna girən oğrular sədəqə qutularındakı pulları oğurlayıb, yemək yedikdən sonra qeyb olublar.

Xalq arasında "Cüt minarəli məscid” olaraq tanınan Mehmet Sabuncu məscidinə girən oğrular Quran kursu hissəsinin pencərə şüşəsini qıraraq içəri giriblər.

Oğrular burdakı 3 sədəqə qutusu içindəki 150 manatı oğurlayıb, kursun içindəki mətbəxdə də yemək yeyiblər.

Səhər məscidə gələn kurs müəllimi oğurluq hadisəsini gördükdə polisə xəbər edib. ramazan ayı ilə əlaqədar kursa gələnlər oğurluq hadisəsini öyrəndikdə şok olublar. Hadisə yerinə gələn polislər şübhəliləri yaxalamaq üçün barmaq izi araşdırmasına başlayıblar.

Hadisə ilə bağlı araşdırma davam edir./Metbuat.az


© xezerxeber.az

FOTOQALERIYA






582 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR