Şirvanda avtomobil dəmir səddə çırpılıb, xəsarət alan var - FOTO

14.05.2019 16:48

Şirvanda baş verən qəzada sürücü ağır yaralanıb.

Şirvan sakini, 1993-cü il təvəllüdlü Mütəllimov Tural Ziyadxan oğlu idarə etdiyi "VAZ-2106” markalı, 10 NH 790 dövlət nömrə nişanlı avtomobili yol kənarındakı dəmir səddə çırpıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (ONA)

© xezerxeber.az


83 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR