Bakı-Şamaxı yolunda QƏZA: betondaşıyan maşın "VAZ"la toqquşdu

14.05.2019 10:26

Ötən gecə Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

10-JZ-247 dövlət nömrəli "Ford" markalı betondaşıyan maşın, 19-BJ-083 dövlət nömrəli "VAZ-2106" markalı avtomobili ilə toqquşub. Qəzada xəsarət alan olmasa da, "VAZ"a ciddi ziyan dəyib.

Hadisə şahidlərinin bildirdiyinə görə, "VAZ" nasaz olduğundan, sahibi onu yolun şəhər istiqamətində saxlayaraq tərk edib. Betondaşıyan yük maşınının sürücüsü həmin yol ilə hərəkət edərkən "VAZ"ı görməyib və nəticədə qəza baş verib. (trend)

© xezerxeber.az


258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR