Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda ər evdən getmiş xanımını işlədiyi yerdə öldürdü

14.05.2019 09:12

Sumqayıt şəhərində əri tərəfindən bıçaqlanan qadın xəstəxanada vəfat edib.

XəzərXəbər xəbər verir ki,mayın 3-də şəhərin Nəriman Nərimanov küçəsində yerləşən mərkəzi bazarda 1972-ci il təvüllüdlü Əmənova Gülnaz Saməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Kişi daha sonra bıçaqla özünə də xəsarətlər yetirib. Onların ikisi də xəstəxanaya yerləşdirilib.

Lakin G.Əmənova ötən gecə vəfat edib.

Qeyd edək ki, hadisədən əvvəl əri ilə dalaşan qadın acıq edərək atası evinə gedib. Bundan sonra həyat yoldaşı onun ticarət mərkəzində işlədiyi eynək dükanına gəlib. O, evdən getmiş xanımına bıçaqlayıb.

Artıq hadisəni törədən şəxs tutulub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb.

© xezerxeber.az


196 dəfə oxunub

XƏBƏRLƏR

17.07.2019 12:37

Ət idxalı artıb

ÇOX OXUNANLAR