Zaqatalada mikroavtobus aşdı: xəsarət alanlar var

13.05.2019 12:42

Zaqatalada mikroavtobus aşıb.

XəzərXəbər xəbər verir ki, hadisə nəticəsində altı nəfər yaralanıb.

Onlar təcili yardımla xəstəxanaya çatdırılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır:

"Vəziyyəti ağır olan şəxs 15 yaşlı qızdır. Bud sümüyünün sınığı diaqnozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanların vəziyyəti ağır deyil. İlkin müayinələrdən sonra tez bir zamanda onların evə buraxılacaqları gözlənilir”.

© xezerxeber.az


220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR