Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda dəhşətli hadisə – ŞİRKƏT RƏHBƏRİ ÖLDÜ

13.05.2019 10:59

Bakıda şirkət rəhbərinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Xətai rayonu ərazisində, Nobel və Babək prospektlərini bir-biri ilə birləşdirən Fəzail Bayramov küçəsində Azərbaycan Dəmir Yolları Qapalı Tipli Səhmdar Cəmiyyətinin Keşlə stansiyasının əməkdaşı Muxtarov Hüseyn Çingiz oğlu idarə etdiyi "Toyota Camry” markalı avtomobillə piyadanı vurub.

Ağır xəsarətlər alan 1959-cu il təvəllüdlü Əliyev Həsən Abbasqulu oğlu hadisə yerində vəfat edib. Qeyd edək ki, vəfat edən şəxs biznesmendir və "VÜQAR-2” MMC-nin sahibidir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./publika.az

© xezerxeber.az

FOTOQALERIYA






1185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR