DYP-nin tağım komandiri xidməti maşınla dəhşətli qəza törətdi

12.05.2019 16:48

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımın komandiri (Gəncə-Qazax magistralı ərazisi) xidməti avtomoil ilə ağır qəzaya düşüb.

XəzərXəbər xəbər verir ki, tağım komandiri polis mayoru Aqil Məmmədov 99 YP 910 dövlət nömrə nişanlı xidməti avtomobili ilə qəza törədib. Hadisə Tovuz rayonu ərazisində baş verib. Aqil Məmmədov ağır bədən xəsarəti ilə DİN-in hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


295 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR