Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Göyçayda dəhşətli hadisə - Ölən və yaralananlar var

12.05.2019 12:18

Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, hadisə gecə saat 3:00 radələrində şəhərin Natavan və Ə.Kərim küçələrinin kəsişməsində qeydə alınıb.

"Mersedes" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Müskürlü kənd sakinləri, 1983-cü il təvəllüdlü Qurbanov Vusal Fərman oğlu, Göyçay şəhər sakinləri, 1992-ci il təvəllüdlü Kərimli Məmməd Əlimövsüm oğlu, 1987-ci il təvəllüdlü Azadov Pərviz Yelmar oğlu, 1985-ci il təvəllüdlü Rüstəmov Nofəl Oqtay oğlu, Potu kənd sakini, 1991-ci il təvəllüdlü Kərimli Simran Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Vüsal Qurbanov ağır xəsarətlər aldığı üçün xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


264 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR