Bakının mərkəzində lüks avtomobil belə aşdı - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR

12.05.2019 12:05

Ötən gün Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

Sürətlə hərəkətdə olan "M5 Competition Package" markalı avtomobil döngəyə sərt girərək idarəetmədən çıxıb və nəticədə aşıb.

Qəzanın dəqiq hansı şəraitdə baş verdiyi məlum deyil.

Hadisənin şəkilləri sosial şəbəkələrdə yayılıb.

"M5 Competition Package" yeni nəsil "BMW M5" avtomobillərdəndir. O, 3,3 saniyəyə 100 km/saat sürət yığmaq imkanına malikdir. Qiyməti 160 min dollar civarındadır.(Report)





© xezerxeber.az


818 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR